AKADEMİC-FUTURE.COM”  10 Aprel 2014 il tarixindən etibarən fəaliyyətə başlayıb sizlərin xidmətinə verilmişdir.

Təcrübəmiz, yaşımız və sayımız azdır ancaq məqsədimiz Azərbaycan gəncliyini bacardığımız qədər ölkə daxilində və xaricində təqaüdlər, təcrübə proqramları, seminarlar, simpozumlar, xaricdə təhsil proqramları, konfranslar, forumlar, könüllülük proqramları və digər tədbir və xəbərlərlə məlumatlandırmaq, onların dünyaya açılmasına, aktivləşməsinə təkan verməkdir. Vebsaytımızda müxtəlif dillərdə İngilis, Rus, Azərbaycan və  Türk dillərində müxtəlif məlumatlar paylaşılır. Birinci olaraq isə ana dilimiz Azərbaycan dili istifadə edilir. Əsas hədəfimiz gənclərimizin daha aktiv və fəal olmağını təmin etməkdir.

–     “Tərcümə xidmətləri”  hədəfi Biz sizin üçün zamanla yarışırıq! olan artıq 5 ildir ki, müştərilərinə verdiyi yüksək dəyər və əla xidmət səviyyəsi ilə fəxr edən Tərcümə Mərkəzimizdir. Bu bölmədən müxtəlif dillərdən tərcümələrlə tanış olub xidmətlərimizdən yararlana bilərsiniz.

–      “Müsahibə bölməsindən” hər zaman yeni müsahibələrlə tanış olacaqsınız. Xaricdə və Azərbaycanda oxuyan və məzun olmuş tələbələrimiz, dövlət orqanlarında, müxtəlif neft şirkətlərində çalışan mühəndislər, universitet müəllimlərimiz, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndəlrinin  müsahibələri ilə tanış olub, onları daha yaxından tanıyacaqsınız.

–      “Xaricdə təhsil” bölməsində Amerika, Avropanın bir sıra ölkələrində, Çin Xalq Respublikasında magistratura, bakalavr təshili almaq istəyən tələbələr üçün hazırlanmışdır.