NORM MMC tələbə və məzunlar üçün yay təcrübə proqramını elan edir

Son tarix: 15 İyul 2015

NORM MMC 2015-ci il üçün yay təcrübə proqramını elan edir. Bizim proqram sizə öyrəndiklərinizi tətbiq etməyə, biliklərinizi artırmağa, iş yerində dəyərli təcrübə qazanmaq imkanı yaradır.

Kimlər müraciət edə bilər:

Təcrübə proqramına aşağıdakı ixtisaslar üzrə tədris müəsisəsini 2014-cü ildə bitirən və ya hal-hazırda sonuncu kursda təhsil alan şəxslər qatıla bilərlər:
• Mexanika mühəndisliyi
• Sənaye mühəndisliyi
• Kimya mühəndisliyi
• Elektrik və avtomatlaşdırma mühəndisliyi
• Satış və marketinq
• Maliyyə

Şərtlər:

• Iş qrafiki: standart 5 günlük
• Müddət: 2 ay
• Təcrübəçilər nahar və nəqliyyat xidməti ilə təmin olunacaqlar

Tələblər:

• Təşkilatçılıq, vaxtın idarə edilməsi bacarıqları
• Problem həll etmə və detallara fikir vermək bacarıqları
• Müxtəlif insanlarla ünsiyyət qurma bacarığı
• Öyrənməyə həvəsli
• Komputerdən istifadə bacarıqları

Müraciətlərinizi 15 iyul 2015-ci il tarixinədək hr@norm.az email ünvanına mövzu hissəsində “İnternship Tehsil.im” qeyd edərək göndərməyinizi xahiş edirik. Mövzu hissəsi boş olan müraciətlərə baxılmayacaqdır.

Leave a Reply