Rzayev Qasim Qara Oğlu

Rzayev Qasim Qara Oğlu

5  may  1970-ci  ildo  Tovuz  rayonunun  Əlibəyli  kəndində  doğulmuşdur. 1987-ci ildə orta məktəbi bitirdikdən sonra sürücülük ixtisasına yiyələnmişdir. 1988-ci ildə  Sovet  Ordusu  sıralarına  çağırılmışdır.  Ukrayna  Respublıkasının  Nikopol şəhərindəki  hərbi  hissənin  artilleriya  bölməsində  xidmət etmişdir. Nümunəvi xidmətinə görə  hərbi hissənin komandanlığı tərəfindən  dəfələrlə  mükafatlandırılmışdır.  1990-cı  ildə  əsgəri xidmətini  başa  vurub  doğma  kəndinə  dönmüş  və  az  sonra, könüllü özünümüdafiə  dəstəsinə  yazılaraq,  erməni  quldurlarına qarşı  döyüşə  girmişdir.  O,  Milli  Ordumuzun  ilk  əsgəri  kimi Muncuqlu,  Koxa-Nəbi,  Ağdam,  Əlibəyli,  Hacallı  kəndlərinin müdafiəsində mərdliklə  vuruşmuşdur. Qasım idarə  etdiyi maşına mərmiatan qurğu quraşdıraraq, düşmənin başına od ələyirdi.1992-ci  ilin  əvvəllərində  Tovuz  rayonunun  sərhədləri  boyunca  gərgin vəziyyət yaranmışdı. Sayca üstün olan erməni yaraqlıları torpaqlarımıza soxulmağa cəhd göstərsələr də, hər dəfə  böyük itki verərək geri çəkilməyə məcbur olurdular. Fevralın  11-də  ermənilərin  “Qan  çanağı”  deyilən  tərəfdən  hücumu  gözlənirdi. Qasım  bir  dəstə  döyüşçü  ilə  həmin  yerə  üz  tutdu.  Günortaya  yaxın  düşmənin həmləsi  dəf  edildi.  Ermənilərin  bir  PDM-i  və  onlarla  əsgəri  məhv  edilmişdi.  14 may  1992-ci  il…  Düşmən  ağır  texnika  ilə  Tovuzun  sərhəd  kəndlərinə  hücuma keçmişdi. Qasım özünü hadisə yerinə yetirdi. Güllə yağışı altında qurğunu mərmi ilə doldurdu. Atəş nöqtəsini müəyyən edərək, bir-birinin ardınca 20 raket atdı. Bir müddət  ətrafa  sakitlik  çökdü.  Çox  keçmədən  ermənilər  yenidən  top  atəşinə başladılar.  Mərmilərdən  biri  maşının  düz  üstünə  düşdü.  Qasım  ömrünün  22-ci baharında əbədiyyətə qovuşdu. Evli idi.

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı  ilə  Rzayev  Qasım  Qara  oğluna  ölümündən  sonra  “Azərbaycanın  Milli Qəhrəmanı” adı verilmişdir.Əlibəyli kənd qəbristanlığında dəfn edilmişdir. Hacallı kənd orta məktəbi onun adını daşıyır.

Leave a Reply